Emre Belözoğlu istefaya göndərildi

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Emre Belözoğlu ilə yollarını ayırıb.

 

Gununsesi.info xəbər verir ki, Super Liqa təmsilçisi 43 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.

 

Qeyd edək ki, Belözoğlu ötən ilin oktyabrından Ankara təmsilçisinin “sükanı arxası”nda idi. Onun rəhbərliyi ilə komanda mövsümü 17-ci pillədə başa vurub.

Gununsesi.info