Rəsmi olaraq “Barselona” ilə müqavilə imzalayıb

“Barselona” klubu Hans Fliklə iki il müddətinə müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi “İnstagram” hesabından paylaşım edib.

Onun sözlərinə görə, Hans Flik Xuan Laporta ilə görüşərək yeni müqaviləni imzalayıb.

Klub rəsmiləri yeni baş məşqçiyə güvəndiklərini bildiriblər.

Qeyd edək ki, Hans Flik sonuncu dəfə 2021/22 mövsümündə Almaniya millisini çalışdırıb.

Gununsesi.info