
İran mətbuatının avropalı diplomata istinadən verdiyi xəbərə görə, Tehran hökuməti oktyabrdan əvvəl ABŞ ilə razılığa gələ bilməsə, İsrail İranın nüvə gücünə zərbə endirəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun ali komandanı Əmir Əli Hacızadə İranın nüvə obyektlərinə hər hansı bir hücum görünməmiş regional yanğına səbəb olacağını deyib.
Hacızadə həmçinin bildirib ki, İranın İsrailə üçüncü hücumu, Real Promise 3 “mütləq” baş verəcək.
“Hakimiyyət bunu planlaşdırıb və bundan strateji istifadə edəcək. Biz bunu israf etməyəcəyik”, – deyə o bildirib.
Orxan Saffari