Azərbaycan polisi 107 yaşında - FOTO

  • By Günel
  • 02 İyul 2025 08:12

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul – Azərbaycan Polisi Günü elan edilib.