Zorakılıqla həbsdən sonra azadlığa çxan Şahin Şıxlinski danışdı - VİDEO - FOTO

  • By Günel
  • 02 İyul 2025 08:10

Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski sərbəst buraxılıb.

Bu barədə Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır.

Saxlanılması ilə bağlı danışan diaspor rəhbəri deyib:

“İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı.”

Şahin Şıxlinski onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub.

92c47954-af1c-4a5b-834a-78bb4d9638fd.jpg (32 KB)

Diaspor rəhbəri xüsusi olaraq vurğulayıb:

“Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporasının təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporası bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu.”

Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib.

“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq.”

1751402341.photo_5413419352050497588_y.jpg (139 KB)

Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz, sualına isə Şıxlinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək.”

Qeyd edək ki, “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyev və digər saxlanılan nümayəndələrin də sərbəst buraxıldığı bildirilir.

Gununsesi.info