
Yəməndə husilər tərəfindən buraxılan ballistik raket ABŞ və İsrailin çoxmilyardlıq müdafiə sistemlərindən yan keçərək Tel-Əvivin Ben Qurion hava limanı yaxınlığında yerə düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail müdafiə sistemlərinin təsirsiz olduğunu bəyan etdikdən sonra yeni müzakirələr başladı. Dünyanın ən qabaqcıl iki hava hücumundan müdafiə sistemi sayılan Arrow (Hetz) və THAAD raket sistemləri 7 nəfərin yaralanmasına səbəb olan və hava hərəkətini dayandıran Husilərin raketini dəf edə bilmədi.
Hücum özünü regionun ən güclü və bacarıqlı hərbi gücü kimi görən İsrailin müdafiə imkanlarının reallığı ilə bağlı gərgin müzakirələrə səbəb olub.
İran Yəmən husilərinə yardım etdiyinə dair iddiaları rədd edib.
Küveytli hərbi ekspert Faysal əl-Haceri deyib ki, İsrailin müdafiə strategiyası raketlər deyil, təhdid edən təyyarələr üzərində qurulub.
Sistemin texniki xüsusiyyətlərini və hava təhdidlərinə qarşı istifadə etdiyi metodu da açıqlayan hərbi ekspert, hava hücumundan müdafiə radarlarının düşmən hədəflərini aşkar etmək üçün ötürücü və qəbuledici olmaqla iki sistemdən ibarət olduğunu, radar dalğaları hədəf təyyarəyə dəydikdə sistem tərəfindən aşkar edilərək hava hücumundan müdafiə operatorunun ekranında göründüyünü, beləliklə də operatorun hava hücumundan müdafiə raketini məhv etmək əmrini verə biləcəyini bildirib.
“Ballistik raketlərin aşağı radar kəsiyi (RCS) radar dalğalarının qeyri-kafi əks olunmasına və ya heç qayıtmamasına səbəb olur. Bu, hava hücumundan müdafiə radar sistemlərinin hədəfləri aşkar etməsinə və buna görə də operator ekranlarında görünməsinə mane olur”, – Haceri bildirib.
Orxan