
“The Jerusalem Post” qəzeti Türkiyənin pilotsuz təyyarələrinin İsrailə təsirindən bəhs edib. Tel Aviv Universitetindən Dr. Yanarocakın sözlərinə görə, Türkiyənin istehsalda artan üstünlüyü İsrail üçün strateji narahatlıqlar yaradır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tel-Əviv Universitetində Dayan Mərkəzinin baş elmi işçisi Dr. Hay Eytan Cohen Yanarocakın sözlərinə görə, Türkiyənin pilotsuz təyyarə istehsalında artan üstünlüyü təkcə texnoloji mərhələ deyil, həm də İsrail üçün potensial strateji narahatlıqdır .
Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyənin pilotsuz uçuş aparatları texnologiyası üzrə dünyada ilk üç ölkə arasında olduğunu açıqlamışdı.
İsrailin aparıcı xəbər agentliklərindən biri olan Jerusalem Post-a danışan Yanarocak, “Türklər pilotsuz uçuş aparatları mövzusunda ən qabaqcıl ölkələrdən biri hesab olunur. Deməliyəm ki, Amerika və İsrail texnologiyasını tərs mühəndislik yolu ilə kopyalayıb öyrəniblər. Daha sərfəli qiymətlərlə, daha ucuz işçi qüvvəsi ilə pilotsuz təyyarələr istehsal etməyə başlayıblar”, – deyə bildirib.
Orxan