Vladimir Putin: Rusiya ilə Ukrayna gec-tez barışacaq

“Ruslar və ukraynalılar bir xalqdır və onlar gec-tez barışacaqlar”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu barışıq qaçılmazdır sadəcə zaman məsələsidir:

Əvvəllər də dəfələrlə qeyd etmişəm ki, ruslar və ukraynalılar tarixən eyni millətdir. Bu fikrimdən heç vaxt imtina etməyəcəyəm. Bəli, Ukraynanın bir hissəsi qorxudulub, bəziləri millətçi təbliğatla aldadılıb. Amma bu, bizim eyni xalq olduğumuz gerçəyini dəyişmir”.

Gununsesi.info