İlham Əliyev Suriyaya niyə onu göndərdi?

  • By admin
  • 04 May 2025 17:30

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Dəməşqdə səfərdədir.

Gununsesi.info bildirir ki, Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.

Daha sonra nümayəndə heyəti Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.

Digər yüksək səlahiyyətli şəxslərlə müqayisədə Samir Şərifovun bu səfərə göndərilməsini ekspert İlham Şaban şərh edib:

“Samir Şərifov Kiyevdə Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb, Yaxın Şərqdə, o cümlədən 1987-1990-cı illərdə Yəməndə işləyib. Şərifov maliyyə naziri olarkən Azərbaycanla ərəb ölkələri arasında hökumətlərarası komissiyalara rəhbərlik edib. Bu baxımdan onun Suriyaya səfər edən nümayəndə heyətinə başçılıq etməsi də təsadüf deyil”.

 

Afət Abbasova

Gununsesi.info