
İtaliyanın paytaxtı Romada Kolizeydə selfi çəkdirmək istəyən amerikalı turist dəmir məhəccərlərə dirənərək ağır yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı turist Kolizeyi əhatə edən məhəccərlərə dırmaşarkən müvazinətini itirərək yıxılıb. Kürəyinə dəmir ilişən turist uzun müddət mübarizə apardıqdan sonra huşunu itirib.
Şahidlərin dediyinə görə, Tayvanda yaşayan və kimliyi açıqlanmayan ABŞ vətəndaşı daha yaxşı şəkil çəkmək üçün Kolizeyin məhəccərlərinə dırmaşıb.

İtaliyanın “Il Messaggero” qəzetinin yazdığına görə, hadisəni görən ziyarətçilər dərhal təcili yardım çağırıb. Amerikalı turistin olduğu yerdən çıxarılması təxminən 20 dəqiqə çəkib.
Ağır yaralanan turist həyati təhlükəsi olan hallarda istifadə edilən “qırmızı kod”la San Giovanni Xəstəxanasına aparılıb. Kişi əməliyyat olunub və bədəninə 80-dən çox tikiş qoyulub. Cümə axşamına olan məlumata görə, onun həyati təhlükəsinin olmadığı və vəziyyətinin stabil olduğu bildirilib.
Orxan