
Rumıniyada keçirilən prezident seçkilərində sağçı namizəd George Simion qalib gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rumıniyada keçirilən prezident seçkilərinin ilk nəticələri açıqlanıb. Açıqlanan ilkin məlumatlar göstərir ki, heç bir namizəd 50 faizi keçə bilmədiyi üçün seçkilər ikinci tura keçib.
Səslərin 97 faizindən çoxu hesablandıqdan sonra ən çox səs təxminən 40 faizlə ifrat sağçı Rumıniya Birliyi Alyansının (AUR) lideri George Simiona verilib.
Rumıniyanın Daimi Seçki Qurumunun (AEP) məlumatına görə, hakim koalisiyadakı hər üç partiyanın dəstəklədiyi keçmiş senator Krin Antonesku təxminən 20,7 faiz səslə ikinci olub.
Müstəqil namizəd kimi iştirak edən Buxarest meri Nikuzor Dan təxminən 20,5 faiz səs toplayıb. İlk turu dördüncü yerdə başa vuran keçmiş baş nazir Viktor Ponta təxminən 14 faiz səs toplayıb. Rumıniya İttifaqı (USR) partiyasının lideri Yelena Laskoni 2,6 faiz səs toplayıb.
Seçkilərin ilk turunu birinci sırada tamamlayan Corc Simion, exit-pollların dərcindən sonra verdiyi açıqlamada “Sisteme bağlı telekanalların əks etdirdiklərindən çox-çox fövqəladə nəticəyə doğru gedirik. Bu kanallar zəhər yaydılar, insanları parçaladılar və dediklərimin hamısını təhrif etdilər” deyib.
Orxan