Moskvada güclü partlayış baş verdi: Ölən və yaralananlar var

Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.

 Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.

“İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun olub”, – deyə bildirilib.

Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.

***

General Tyulenev küçəsində baş verən partlayışda 2 nəfər ölüb, 6 yaralı var.

Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

***

Moskvada mənzildə güclü partlayışdan sonra baş verən yanğın söndürülüb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının sahəsi 100 kv.m təşkil edib.

Gununsesi.info