Tramp Alkatrazın bədnam cinayətkarlar üçün açılmasını əmr edir

Dünyanın ən məşhur həbsxanalarından biri olan Alkatraz həbsxanası yenidən açılır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabında Alkatraz həbsxanası ilə bağlı açıqlama verib.

Uzun müddətdir ki, “şiddətli cinayətkarlar”la məşğul olduğunu qeyd edən Tramp, “Keçmişdə daha ciddi bir millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu cinayətkarlara daha dözməyəcəyik” deyib.

Trump, Federal Həbsxanalar Bürosuna Alcatraz-ı yenidən “ən şiddətli cinayətkarlar” üçün istifadə oluna bilməsinə görə təmir etməyi və genişləndirməyi əmr etdiyini açıqladı.

Orxan

Gununsesi.info