
Keniya prezidenti Uilyam Ruto çıxış edərkən ona ayaqqabı atılıb. Ayaqqabı ilə hücum anı müxtəlif rakurslardan kameraya düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Keniya prezidenti Uilyam Ruto Miqori şəhərinə səfəri zamanı hücuma məruz qalıb.
Camaatın arasından bir nəfər prezidentə tərəf ayaqqabı atıb.
Ayaqqabı prezidentin əlinə dəyib.
Hadisədən dərhal sonra prezidentin mühafizəçiləri ayaqqabı atan şəxsi tuta biliblər.
Həmin videonu təqdim edirik:
Qeyd edək ki, bu hadisə 2008-ci ildə Bağdada səfəri zamanı o vaxtkı ABŞ prezidenti Corc Buşa ayaqqabı ilə hücumu xatırladıb.
Orxan