
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Gununsesi.info xəbər verir ki, bir neçə gün əvvəl şəhərin H.Əliyev prospektində yük maşınının vurduğu M.Muxtarov koma vəziyyətində özəl xəstəxanalardan birinə yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.