Gəncədə qəza - 52 yaşlı qadın öldü

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Qəza zamanı 1973-cü il təvəllüdlü Lətafət İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

52 yaşlı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info