Qazaxda 16 yaşlı yeniyetmə skuterdən yıxılaraq öldü

Qazaxda 16 yaşlı yeniyetmə skuterdən yıxılaraq dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, 2009-cu il təvəllüdlü Vaqif Pərvanəyev skuter sürən zaman ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.

16 yaşlı yeniyetmə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info