Goranboyda 17 yaşlı piyadanı maşın vurdu

Goranboyda 17 yaşlı gənci maşın vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Şəfəq kəndində baş verib.

Avtomobil yolu keçmək istəyən 2008-ci il təvəllüdlü piyada Orucov Ramin Aslan oğlunu vurub.

Piyada əl və qollarında sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Daha sonra Gəncə şəhərindəki klinikalardan birinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info