
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı rəsmi olaraq şahmatı qadağan edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu oyunun İslam normalarına zidd olduğunu bəyan edilib.
Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.
Yerli şahmatçıların turnirlərin keçirilməsinə icazə verilməsi və federasiyaya dəstək göstərilməsi xahişi ilə İdman Departamentinə müraciəti mənfi cavablandırılıb. Onlara bildirilib ki, əmirin Şahmat Federasiyasını hüquqi statusdan məhrum edən və şahmatı haram sayan fərmanı mövcuddur.
“Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı bir fəaliyyət olmayıb. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk ediblər. Bəzi vilayətlərdə şahmat tamamilə qadağan olunub” – deyə Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Moxibi bildirib.
