
Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatında bildirilib.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.