Avtomobilin vurduğu piyada ağır xəsarət alıb

  • By Günel
  • 23 Dekabr 2024 08:40

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1980-ci il təvəllüdlü Əliyev Elçin Elman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info