O, evsiz qadını yandırdı və baxdı: - ABŞ-da metro qatili tutuldu

ABŞ-da 33 yaşlı Sebastian Zapeta-Kalil Bruklin metro stansiyasında yatarkən qadını yandırmaqda ittiham edilərək həbs edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bazar günü baş verən hadisədə Zapeta-Calilin stansiyada dayanan qatarda yatmış qadının paltarlarını alışqanla yandırdığı və qadının bir neçə saniyə ərzində alovlandığı bildirilib.

Hadisə yerinə gələn polis yanğını söndürsə də, qadın dünyasını dəyişib.

Tutulan şübhəlinin 2018-ci ildə ABŞ-dan deportasiya edildiyi, daha sonra qeyri-qanuni yollarla yenidən ölkəyə daxil olduğu müəyyən edilib.

Orxan Saffari

Gununsesi.info