Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

  • By Günel
  • 23 Dekabr 2024 08:59

Xəbər verdiyimiz kimi, Xırdalanda yaşayış binasında güclü partlayış olub, nəticədə dörd nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Gununsesi.info