Bakıda 55 yaşlı qadını avtomobil vurub

  • By Günel
  • 23 Dekabr 2024 09:08

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü İsmayılova Rəfiqə Yorulmaz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info