Əziz Orucovun işinə bu hakim baxacaq - SABAH JURNALİSTİN MƏHKƏMƏSİ BAŞLAYIR

  • By admin
  • 24 Dekabr 2024 11:42

Sabah Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov məhkəməyə çıxarılacaq.

Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, jurnalistin işinə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova baxacaq.

Qeyd edək ki, Əziz Orucovun  üzərində yalnız Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb.

Elman 

Gununsesi.info