Şamaxı yolundakı körpüdən özünü atmaq istədi

  • By Günel
  • 12 Oktyabr 2024 09:40

Abşeron rayonunda gənc qız intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 18-ci kilometrliyindəki körpüdə baş verib.

Bakı şəhər sakini 1995-ci il təvəllüdlü A. Abdullayeva körpünün üzərinə çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Araşdırma aparılır.

Gununsesi.info