Bu yolda hərəkət qismən məhdudlaşdırılıb - Foto

Metronun “20 Yanvar” stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.

Gununsesi.info  xəbər verir ki, bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, “Koroğlu” m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.