Diasporla İş üzrə Dövlət Komitəsinin Malayziya səfəri: - FOTOLAR

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Malayziya parlamentinin Senatının sədri Avanq Bemee (Awang Bemee) ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüş Malaziya səfəri çərçivəsində baş tutub.

Sözügedən görüşdə hər iki ölkə arasında münasibətlərin son illər yüksək artan xətt üzrə inkişaf etməsi və Malayziya dövlətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iştirakı vurğulanıb.

Əlavə olaraq, Azərbaycan dövlətinin diaspor siyasəti, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verilib, eləcə də iki ölkə arasında əməkdaşlıq perspektivləri, Azərbaycan icmasının Malayziya cəmiyyətinə inteqrasiyası və gənc soydaşlarımızın təhsil imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Malayziya parlamentinin senatorları Manolan bin Mohamad, Tuan İsaiah D.Jacob, Nelson RenganathanZurainah Musa da iştirak ediblər.

Daha sonra Malayziya parlamentinin Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Zahir bin Hassan ilə görüş keçirilib.

Gununsesi.info