İsrailin hərəkətləri Aİ tərəfindən dəstəklənir.

İsrailin Yaxın Şərqdəki hərəkətləri ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

İran lideri İsraili yaşayış binalarını bombalamağı və günahsız insanlara hücumu dayandırmağa çağırıb.

Onun sözlərinə görə, Təl-Əviv öz hərəkətləri ilə bütün beynəlxalq müqavilələri pozur.

“İsrail bütün mümkün və mümkün olmayan beynəlxalq müqavilələri pozub. O, bunu ona görə edir ki, onun arxasında ABŞ və Avropa İttifaqı dayanır”, – deyə İran rəhbəri bildirib.

Qeyd edək ki, İran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni bu ölkələrin İrana qarşı cavab tədbirlərində İsrailə kömək edəcəyi təqdirdə onları müharibə ilə hədələyib.

 

 

Şəbnəm

Gununsesi.info