Masallıda qəza - Piyada öldü - FOTO

  • By Günel
  • 12 Oktyabr 2024 09:36

Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info – nun “Qafqazinfo” -ya istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes VITO” markalı minik avtomobili yolu keçmək istəyən, rayonunun Sərçuvar kənd sakini, 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.

Sürücü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Buna baxmayaraq, M.Seyfiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info