
Xəbər verdiyimiz kimi, ötən gün keçirilən məhkəmədə ailəsinin beş üzvünü öldürməkdə ittiham edilən Əhməd Əhmədov cəzadan azad edilərək haqqında məcburi müalicə qərarı çıxarıldı. Sözügedən qətl hadisəsi baş verəndən və proses davam etdiyi müddətcə müzakirə olunan bir məsələ isə Əhməd və ailəsinin mülklərinin kimin adına keçməsidir.
Həmin əmlaklar Əhmədin öz adına keçə bilərmi?
Hüquqşunas Şamil Paşayev Gununsesi.info – ya danışaraq prosesi bu cür şərh edib:
“Mülklərin Əhmədin özünə çatması mümkün deyil, çünki bu, “ləyaqətsiz vərəsə” hesab olunur. Əmlaklar belə olduğu halda digər vərəsələrə, yəni ki, ölən şəxslərin ataları, anaları, o da yoxdursa, bacı və qardaşlarına keçir”.
Hüquqşunas onu da vurğulayıb ki, əmlaklar dövlət xəttinə o halda keçə bilər ki, ölən şəxslərin heç bir qohumu, vərəsəsi olmasın. Mərhumların hazırda yaxın qohumlarının olduğunu nəzərə alsaq, əmlakların onlara da keçməsi mümkündür.
Orxan Saffari
Gununsesi.info