
İran Prezidenti Masud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya Prezidenti ilə danışıqlarımız oldu. Onlar təxminən bir saat davam etdi. Söhbət yenidən Rusiya ilə bağladığımız sazişlər və müqavilələrdən getdi. Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq”, – Pezeşkian deyib.