ABŞ-da təbii fəlakətlərin sığortalanmış zərəri 100 milyardı keçdi

  • By Günel
  • 11 Oktyabr 2024 19:42

Florida ştatından keçən Milton qasırğasının səbəb olduğu dağıntılar ABŞ-da bu il sığortalanmış zərərin ümumi həcminin 100 milyard dolları ötməsinə gətirib çıxaracaq.

Gununsesi.info  Musavat.com -a istinadən xəbər verir ki, artıq 5-ci ildir ki, ABŞ-da təbii fəlakətlərin vurduğu sığortalanmış zərərin həcmi 100 milyard dolları keçir.

Fitch Ratings hesablamalarına görə, Miltonun özündən sığortalanmış zərər 30-50 milyard dollar təşkil edəcək.

Agentlik bildirir ki, belə böyük məbləğ gələn il sığorta tariflərinin aşağı düşməsi üçün istənilən perspektivləri məhdudlaşdıracaq.

Gununsesi.info