
İddia: “Abdullah Öcalanın PKK ilə danışmasına icazə verilib”
“Al-Monitor” nəşrinin yaydığı xəbərə görə, Türkiyə hökuməti 1999-cu ildən bəri həbsdə olan PKK qurucusu Abdullah Öcalanın hazırkı PKK liderləri ilə danışmasına icazə verib.
Məlumata görə, Öcalan PKK liderlərinə “silahları yerə qoymağı müzakirə etməyin vaxtıdır”, – deyə bildirib.
Bir neçə gün əvvəl Türkiyə parlamentinin açılışında MHP lideri Devlet Bahçeli DEM Partiya (keçmiş HDP) üzvləri ilə əl sıxışmışdı.
Bahçeli bu məsələ barədə belə danışmışdı:
“Dünyada sülh istədiyimiz vaxtda öz ölkəmizdə də sülhü təmin etməliyik”.
Son günlər Türkiyədə baş verənlər də bu sualı gündəmə gətirib: “Kürdlərlə yeni sülh prosesi başlayır?”