Azərbaycan millisi Estoniyaya məğlub olub

  • By Günel
  • 11 Oktyabr 2024 22:52

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

Gununsesi.info xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyanın qonağı olub. Matça saat 20:00-da start verilib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Nəticədə millimiz 1:3 hesabı ilə məğlub olub.

Gununsesi.info