Şahmatçının partlayışda yaralanan atası vəfat etdi

Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov bu gün xəstəxanada vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə  Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də yaşadıqları evdə baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.