Sülh Pınarı Əməliyyatı bölgəsində hərəkətlilik: - Suriya Milli Ordusundan cəbhəyə ağır silahların daşınması

Suriyanın şimalında terror təşkilatı PKK/YPG-dən azad edilən “Barış Pınarı” əməliyyatı bölgəsində gecə yarısı aktivlik olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Milli Ordusu (SNA) PKK/YPG ilə ön cəbhəyə ağır silahlarla birlikdə tank, maşın və döyüşçülər göndərib.

SMO Birgə Qüvvələrinin Rəs əl-Ayn komandanı Əbu Abdullah, hərbi hazırlıqları həyəcan səviyyəsinə çatdırdıqlarını açıqladı.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Türkiyənin “Barış Pınarı” əməliyyatı ilə Tel Abyad və Rəsulayn rayonları terror təşkilatı YPG/PKK-nın işğalından azad edilib.

 

Orxan Saffari

Gununsesi.info