ABŞ-da “ödənişli ağır trafik zonası” dövrü başlayıb

ABŞ-da nəqliyyatın sıx olduğu Nyu Yorkun Empire State, Times Square və Wall Street ətrafındakı ərazilərə daxil olmaq istəyənlər gündə 9 dollara qədər pul ödəyəcəklər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, günün ən sıx saatlarında avtomobilləri ilə bu ərazilərə daxil olmaq istəyənlər 9 dollar, digər saatlarda isə 2,25 dollar ödəyəcəklər.

“Nəqliyyat sıxlığı haqqı”nın 2028-ci ilə qədər 12 dollara, 2031-ci ilə qədər isə 15 dollara çatdırılması planlaşdırılır.