Masallıda 27 yaşlı oğlan özünü asdı

  • By Günel
  • 08 Yanvar 2025 14:22

Masallıda intihar hadisəsi baş verib.

Gununsesi.info Lent.az-a istinadla xəbər verir ki, hadisə sübh tezdən rayonun II Yedioymaq kəndində qeydə alınıb.

Orada yaşayan, 1998-ci il təvəllüdlü Məhəmməd Rəhmanov yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info