Millimizin üzvü Avropanın ən yaxşısı seçildi

  • By Günel
  • 07 Yanvar 2025 23:54

Avropada minifutbol üzrə ilin ən yaxşı oyunçuların adları açıqlanıb.

Gununsesi.info xəbər verir ki, siyahıda azərbaycanlı futbolçu da var.

Belə ki, minifutbol üzrə milli komandamızın üzvü Vüsal İsayev 2024-cü ildə Avropanın ən yaxşı müdafiəçisi seçilib.

Qeyd edək ki, Vüsal İsayev Azərbaycan çempionu “Birbaşa Bakı” klubunun üzvüdür.

Gununsesi.info