Əziz Orucov məhkəməyə gətirildi, amma…

  • By admin
  • 08 Yanvar 2025 15:37

Bugün Səbael rayon Məhkəməsində Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucovun məhkəmə prosesi planlaşıdırlsa da lakin baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistin özü  və vəkili Bəhruz Bayramov prosesə gəlib, lakin məhkəmənin başlanma vaxtından 2 saat keçdikdən sonra proses təxirə salınıb.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova saytımıza açıqlamasında deyib ki, Əziz Orucovun məhkəmə prosesi 2 saat gözlədildikdən sonra yanvarın 24 saat 11:30-a təxirə salınıb:


“Bu arada Əzizin səhhətində problem var idi.Məhkəmə prosesində güclə ayaq üstə dururdu.Tarazlığını saxlaya bilmirdi”.

 

Günay

Gununsesi.info