Paytaxtın bir küçəsində sürət həddi endirildi

  • By Günel
  • 08 Yanvar 2025 14:24

Yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə paytaxtın bir küçəsində sürət həddi endirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Gununsesi.info