Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO

  • By Günel
  • 08 Yanvar 2025 13:44

Paytaxtın Həsən bəy Zərdabi küçəsində, metronun “20 yanvar” stansiyası yaxınlığında 29 nömrəli marşrut avtobusu işıq dirəyinə çırpılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Qəza nəticəsində avtobusa və yol təsərrüfatına maddi ziyan dəyib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Sözügedən görüntünü təqdim edirik: