
İran hökuməti Tehranın həddindən artıq əhalisi, elektrik enerjisi və su qıtlığını aradan qaldırmaq üçün ölkənin paytaxtını cənub sahilindəki Makran bölgəsinə köçürəcəklərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, lakin tənqidçilər bu planın bahalı olacağını və həyata keçirilməsinin illər çəkə biləcəyini deyirlər.
Hökumət sözçüsü Fatemeh Mohacerani, “Yeni paytaxt mütləq cənubda, Makran bölgəsində olacaq və bunun hazırda üzərində iş gedir” deyib.
Tehranın artan ekoloji təzyiqlərinə, o cümlədən su qıtlığına diqqət çəkən Mohacerani, Makran bölgəsində köçürülmənin mümkünlüyünü öyrənmək və dəniz əsaslı iqtisadiyyatı inkişaf etdirmək üçün iki şuranın yaradıldığını elan etdi.
“Biz mühəndislər, sosioloqlar və iqtisadçılar da daxil olmaqla, akademiklərdən, elitadan, ekspertlərdən kömək istəyirik” o, həmçinin bildirib.
O, məsələnin hələ kəşf mərhələsində olduğunu və aktual olmadığını vurğulayıb.
Prezident Məsud Pezeşkian paytaxtın yeri ilə bağlı müzakirələri yenidən alovlandıraraq, Tehranın maliyyə resursları və xərcləri arasındakı balanssızlığı qeyri-davamlı adlandırıb.
Keçən həftə Fars körfəzinə yaxınlaşmağı müdafiə edən Pezeşkian, “Xammalın cənubdan mərkəzə daşınması, onları emal edərək cənuba ixrac üçün geri götürməsi rəqabət qabiliyyətimizi azaldır” deyib.
Orxan Saffari