Kaliforniyada meşə yanğını 300 hektardan çox əraziyə yayılıb

  • By Günel
  • 08 Yanvar 2025 08:17

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınının sahəsi 300 hektarı keçib və böyüməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə KTLA telekanalı məlumat yayıb.

Los-Ancelesin ətraf ərazilərində təbii fəlakət yayılır. Yanğının ölçüsünün 312 hektar olduğu təxmin edilir.

Yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb olunub. Sürəti 29 m/s-yə çatan güclü külək vəziyyəti çətinləşdirir.

Hələlik itkilər barədə məlumat verilmir.

Gununsesi.info