Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldü

  • By Günel
  • 07 Yanvar 2025 22:17

Bakı Metropoliteninin “Dərnəgül – Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarında problem yaranıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Bildirilib ki, metronun “Ulduz” stansiyasında qatar dayandırılıb:

“Sərnişinlər qatardan düşürüldü. 15 dəqiqədir, gözləyirik. İddia olunur ki, sərnişinlərdən biri relslərin üzərinə yıxılıb”.

Qeyd edək ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb.

Gununsesi.info