Azərbaycanın üç gəmisinin girov götürülməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

  • By Günel
  • 08 Yanvar 2025 09:08

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi məsələsi ilə bağlı açıqlama yayıb.

Gununsesi.info Oxu.Az -a istinadən xəbər verir ki, agentliyin mətbuat katibi Pərvanə İmanova açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub:

“Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”.

Gununsesi.info