Qubada küçə itləri 3 nəfərə hücum etdi

  • By Günel
  • 08 Yanvar 2025 08:32
Qubada küçə itləri 3 nəfərə hücum çəkib.

Gununsesi.info xəbər verir klihadisə rayonun Qəçreş kəndində qeydə alınıb.

Küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.

Zərərçəkənlər Quba rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıya, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin Qubada Küsnət Qazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya quduzluğa qarşı müalicə təyin edilib.

Gununsesi.info