Trampdan ağlasığmaz kobud səhv: - "Türklər və kürdlər bir-birinə nifrət edirlər" - VİDEO

  • By Günel
  • 08 Yanvar 2025 11:57

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezident Ərdoğanla görüşündə Türkiyənin Suriyadakı kürd qüvvələrinə qarşı mümkün əməliyyatının qarşısını aldığını bildirib. Tramp: “Ərdoğan mənim dostumdur, ondan kürdlərə hücum etməməsini istədim və o, razılaşdı. Türklər və kürdlər bir-birinə nifrət edirlər. Bu sülh uzun müddət davam edə bilməz”, – deyə əlavə edib.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, yanvarın 20-də prezident kürsüsünə keçməyə hazırlaşan Tramp: “Ərdoğanla danışdım və ondan kürdlərə hücum etməməsini xahiş etdim. Kürdlər və Türkiyə təbii düşməndir və bir-birlərinə nifrət edirlər. O, məni sevdiyi üçün qəbul etdi, amma bu barışın nə qədər davam edəcəyini bilmirəm”,- deyə bildirdi.

Prezident Rəcəb Tayyib Ərdoğanı tərif edən Tramp ikitərəfli əlaqələrin güclü olduğunu vurğulayıb:

“Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim insan. Düşünürəm ki, o da mənə hörmət edir” – deyən Tramp Ərdoğandan Suriyadakı kürdlərin arxasınca getməməsini istədiyini və xahişinin yerinə yetirildiyini bildirib.

Tramp: “Ərdoğan (kürdlərə) qarşı getmədi. Keçmişdə də bunu etməmişdi. Əslində başlamışdı, ancaq mən dedim ki, lütfən, bunu etmə. O da etmədi”, – deyə qeyd edib.

ABŞ-nin Suriyadakı hərbi varlığına səssiz qalmağa üstünlük verən Tramp jurnalistlərə: “Bu məsələ ilə bağlı şərh verə bilmərəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir. Lakin bu vəziyyət Türkiyəni narahat edir”, – bildirib.

Daha sonra Türkiyənin uzun müddətdir müxtəlif yollarla Suriyaya qarışdığını deyən Tramp:” “Türkiyə 2 min ildir ki, fərqli adlar altında və müxtəlif yollarla o ölkənin arxasında”,- deyə qeyd edib.

Tramp Suriyadakı mövcud vəziyyəti qiymətləndirərkən Türkiyənin Suriyanın şimalında fəal olduğunu eyham edərək:  “Suriyada baş verənlərə baxsanız, Rusiya zəiflədi, İran zəiflədi. Ərdoğan çox ağıllı adamdır. O, öz adamlarını ora müxtəlif üsullarla və müxtəlif adlarla göndərdi. Onlar Suriyaya daxil olub oranı ələ keçirdilər”.