“Suriyanın adı olduğu kimi qalacaq” - FİDAN

  • By Günel
  • 08 Yanvar 2025 00:16

“Yeni konstitusiyanın qəbulundan sonra Suriyanın adı olduğu kimi qalacaq – Suriya Ərəb Respublikası”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.

“Buna görə də idarəetmə forması eynidir, respublikadır”, – deyə o, aydınlıq gətirib.

Fidan qeyd edib ki, yeni konstitusiya referendum olmadan və ya referendumla hazırlana bilər, lakin 10 milyondan çox suriyalı səs vermək üçün ölkəyə qayıtmalıdır.

Gununsesi.info